İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri, general-leytenant Cəmşid Eshaqi həyatını itirib. Yüksəkrütbəli hərbçinin ABŞ və İsrail tərəfindən endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub.

Postxronika.az xəbər verir ki, bu məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Əhməd Vahidi rəsmən təsdiqləyib. O, baş vermiş hücumla bağlı ictimaiyyətə açıqlama verərək, həmkarının vəfat etdiyini bildirib.