Sabahdan – 1 aprel 2026-cı il tarixindən etibarən Azərbaycanda elektron siqaretlərin istifadəsi ilə bağlı tətbiq edilən yeni qadağalar qüvvəyə minir. Bu tələb "Tütün və tütün məmulatları haqqında" Qanuna əsasən həyata keçirilir və vətəndaşların sağlamlığının qorunmasına yönəlib.
Postxronika.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən etibarən ictimai nəqliyyat və keçidlərdə qaydaları pozanlara qarşı sərt tədbirlər görüləcək. Belə ki, qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə vətəndaşlara 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Müvafiq qurumlar vətəndaşları yeni qaydalara riayət etməyə və sağlam seçimlər etməyə çağırır. Vurğulanır ki, elektrik qatarları ətraf mühitin qayğısına qaldığı halda, elektron siqaretlər birbaşa insan sağlamlığına zərər vurur. Vətəndaşlara həm təbiətə, həm də özlərinə qayğı göstərmək üçün sağlam mühitdə elektrik qatarlarından istifadə etmələri tövsiyə olunur.