Dünya çempionatı seçmələri final mərhələsində Türkiyə Milli Komandası səfərdə Kosova yığması ilə qarşılaşdı.
24 ildir mundiala həsrət olan "ay-ulduzlular" Kosova qarşısında böyük bir əzm ilə mübarizə apardılar.
İlk hissəsi 0-0 başa çatan matçda hesabı 53-cü dəqiqədə Orkun Kökçünün ötürməsini qola çevirən Kerem Aktürkoğlu açdı.
Oyunun qalan hissəsində başqa qol səsi çıxmadı.
Qeyd edək ki, qardaş ölkə yığması Dünya Çempionatında sonuncu dəfə 2002-ci ildə iştirak edib. O turnirdən Dünya üçüncüsü olaraq qayıdan Türkiyə yığması sonrakı çempionatlarda iştirak hüququ qazana bilməyib.
Hüseyn Rəşadoğlu