ABŞ Prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansını tərk etmək ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı bu barədə "The Telegraph" qəzetinə verdiyi müsahibədə danışıb.
Ağ Ev rəhbəri bu addımını NATO-nun İsrail və ABŞ-nin İrana qarşı apardığı kampaniyada iştirak etməməsi ilə əsaslandırıb. Alyansı "kağız pələng" adlandıran Tramp, hərbi blokun artıq onda heç bir inam yaratmadığını vurğulayıb. O, həmçinin Britaniyanın Baş naziri Kir Starmeri Yaxın Şərqdəki münaqişədən kənarda qaldığına görə kəskin tənqid atəşinə tutub. Sonda ABŞ lideri müttəfiqlərin Vaşinqtonu lazımi anda dəstəkləmədiklərini bildirərək, kollektiv müdafiə müqaviləsinə yenidən baxılmayacağını qeyd edib.