Ermənistan Baş naziri Nikol Paşinyan bu gün, aprelin 1-də Moskvada ikitərəfli münasibətlərin inkişafını müzakirə etmək üçün bir araya gələcəklər.
Postxronika.az xəbər verir ki, işgüzar səfər çərçivəsində tərəflər strateji tərəfdaşlığın cari vəziyyəti və Avrasiya məkanındakı inteqrasiya proseslərini diqqət mərkəzində saxlayacaqlar.
Görüşün gündəliyinə aktual regional məsələlər, xüsusilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistik əlaqələrin bərpası daxildir. Kremlin mətbuat xidmətinin məlumatına görə, liderlər martın 23-də baş tutan telefon danışığı zamanı əldə olunmuş razılığa əsasən üz-üzə görüşmək qərarına gəliblər. Bu danışıqlar tərəflər arasında müttəfiqlik əlaqələrinin gələcək perspektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər hər iki ölkənin regiondakı maraqlarının uzlaşdırılması məqsədi daşıyır.