Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ukrayna ilə davam edən münaqişədə hərbi üstünlüyün rus qoşunlarında olduğunu bəyan edib. 

Postxronika.az xəbər verir ki, diplomat bu barədə Özbəkistanda keçirilən beynəlxalq konfrans çərçivəsində TASS agentliyinə müsahibəsində danışıb.

Nazir müavini hazırda Rusiya ordusunun bütün cəbhə boyu inamla irəlilədiyini və strateji təşəbbüsü möhkəm saxladığını vurğulayıb. Qaluzinin sözlərinə görə, Kiyev rejimi ciddi problemlərlə üzləşib və bu çətinliklər gələcəkdə daha da artacaq. O qeyd edib ki, zaman keçdikcə yekun nizamlanma şərtləri Ukrayna tərəfi üçün daha da ağırlaşacaq. Diplomat rəsmi Kiyevi mövcud reallıqları dərk etməyə və vəziyyəti düzgün qiymətləndirməyə çağırıb. Hazırda cəbhədəki əməliyyat şəraiti Rusiyanın xeyrinə dəyişməkdə davam edir.