Dövlət İmtahan Mərkəzi aprelin 12-də keçiriləcək ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət ünvanlayıb. 

Postxronika.az  xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə və bir çox digər rayonlarda təşkil olunacaq imtahanlar üçün buraxılış vərəqələri artıq istifadəyə verilib.

Şagirdlər və təhsil müəssisələri müvafiq sənədləri qurumun rəsmi internet saytından elektron qaydada çap edə bilərlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan məzunlar üçün təhsil ocaqları tərəfindən verilən xüsusi arayış formasını da eyni platformadan yükləmək mümkündür. İmtahanlar şagirdlərin bitirdikləri məktəbin yerləşdiyi inzibati əraziyə uyğun olaraq keçiriləcək. Bəzi böyük şəhər və rayonlarda şagird sayının çoxluğu nəzərə alınaraq proses iki hissəyə bölünüb. İmtahan iştirakçılarına qeydiyyat və sənədlərin hazırlanması prosesində diqqətli olmaq tövsiyə edilir.