Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin yüksək vəzifəli nümayəndə heyətləri ilə görüşüb.

Postxronika.az-ın məlumatına görə, dövlət başçısı Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Qeyd edək ki, ali qonaqlar Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının rəsmi görüşündə iştirak etmək üçün ölkəmizə gəliblər.