Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr xidmət və investisiyaların təşviqinə dair mühüm saziş üzrə danışıqlara start verib.

Postxronika.az xəbər verir ki, bu barədə TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən hökumət başçılarının görüşündə məlumat verib. Baş katib Qazaxıstanın təşəbbüsü olan bu sənədin deklarativ deyil, praktiki və iddialı xarakter daşıyacağını vurğulayıb. O, bəzi üzv dövlətlərin digər iqtisadi ittifaqlarda iştirakına rəğmən, Türk dünyasının inteqrasiyasının dərinləşməsinin vacibliyini qeyd edib. Danışıqlar iqtisadi əlaqələrin yeni səviyyəyə qaldırılmasını hədəfləyir.