Türkiyə millisinin və "Qalatasaray"ın əfsanəvi kapitanı Bülənt Qorxmaz Azərbaycan yığmasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanması arzusunu dilə gətirib.

Postxronika.az xəbər verir ki, mütəxəssis "Report"a müsahibəsində Türkiyə futbolunun hazırkı gənc və təcrübəli nəslini yüksək qiymətləndirərək, bu potensialın uğura layiq olduğunu bildirib. O, 2002-ci ildə dünya üçüncüsü olan heyətlə müqayisə apararaq qeyd edib ki, indiki komandanın tarixin ən güclüsü sayılması üçün həmin nəticəni təkrarlaması vacibdir. Keçmiş baş məşqçi qrupdakı rəqiblər haqqında danışarkən, hər zaman uğur qazanmaq şanslarının olduğunu vurğulayıb. Qeyd edək ki, "ay-ulduzlular" DÇ-2026-da ABŞ, Avstraliya və Paraqvayla eyni qrupda mübarizə aparacaq. Final mərhələsi bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.