"Tottenhem" klubunun baş məşqçisi qismində təqdim edilən Roberto De Zerbi komanda İngiltərə Premyer Liqasından aşağı liqaya düşsə belə, postunu tərk etməyəcəyini açıqlayıb.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis London təmsilçisi ilə bağladığı 5 illik müqaviləni karyerasının ən böyük sınağı adlandırıb. O, klubun çətin dövrdən keçdiyini, lakin bu böhranın öhdəsindən gəlmək üçün lazımi potensiala malik olduqlarını vurğulayıb.

Mövsümün sonuna 7 tur qalmış təyinat alan italiyalı çalışdırıcı həm özünə, həm də futbolçularına güvəndiyini bildirib. Bununla yanaşı, menecer növbəti mövsüm Çempionşipdə mübarizə aparmaq ehtimalına da psixoloji cəhətdən hazır olduğunu gizlətməyib.