Rusiya xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Nurlan Yermekbayev ilə görüşündə Qərb institutlarının hazırkı vəziyyətini kəskin tənqid edib.
Postxronika.az xəbər verir ki, diplomat Şimali Atlantika Alyansı və Avropa İttifaqının daxilində ciddi böhran əlamətlərinin müşahidə olunduğunu diqqətə çatdırıb.
Lavrovun sözlərinə görə, Qərb dövlətləri öz daxili gərginliklərini digər regional birliklərə də sirayət etdirməyə çalışırlar. Nazir bu yanaşmanı "Qəddar romans" filmindəki məşhur fraza ilə müqayisə edərək, Qərbin qeyri-qərb təşkilatlarına təzyiq göstərmək niyyətində olduğunu vurğulayıb. O, mövcud xarici siyasət kursunu "çoxqütblü dünyanın qurulması" kontekstində kinayə ilə şərh edib. Sonda rusiyalı rəsmi Qərb diplomatiyasının digər regionlar üzərində hökmranlıq cəhdlərini tənqidi şəkildə qiymətləndirib.