Küveytin Elektrik və Su Nazirliyi ölkənin enerji və su təmizləyici qurğularından birinə İran tərəfindən hücum təşkil edildiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, nazirlik sözçüsü Fatma Abbas Cevher Hayat hadisə nəticəsində müəssisənin bəzi bölmələrində maddi ziyanın yarandığını bildirib. Rəsmi qurumlar insidentə dərhal müdaxilə edildiyini və infrastrukturun iş qabiliyyətinin qorunması üçün zəruri tədbirlərin görüldüyünü qeyd ediblər. Hazırda zədələnmiş sahələrin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq hüquq-mühafizə orqanları ilə sıx koordinasiya yaradılıb. Sözçü əhalini rəsmi məlumatlara etibar etməyə və əsassız şayiələrdən uzaq durmağa çağırıb. Bütün texniki heyətin istənilən fövqəladə hala qarşı 24 saatlıq iş rejiminə keçdiyi diqqətə çatdırılıb.