Rusiya Müdafiə Nazirliyinə məxsus "Su-30" tipli döyüş təyyarəsi Krım yarımadası üzərində qəzaya uğrayıb. 

Postxronika.az xəbər verir ki, insidentlə bağlı rəsmi məlumat Rusiya hərbi idarəsi tərəfindən yayılıb. Bildirilib ki, uçuş zamanı hərbi texnikanın göyərtəsində heç bir döyüş sursatı olmayıb. Hadisə anında pilotlar katapult edərək təyyarəni tərk edə biliblər. Heyət üzvləri dərhal hadisə yerindən təxliyə edilib və onların səhhəti üçün hər hansı təhlükə mövcud deyil. Hazırda qəzanın başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.