Ağdamın “Qarabağ” futbol klubu “Sabah”la keçirilən oyundan əvvəl bu günlərdə dünyasını dəyişən sadiq azarkeşi Zəfər Hacılı ilə bağlı diqqətçəkən və təsirli addım atıb. Komanda öz tərəfdarına vəfasını nümayiş etdirib.

Postxronika.az Oxu.Az-a istinadən xəbər veririk ki, klub matç öncəsi stadionun böyük ekranında mərhum azarkeşin görüntüsünü nümayiş etdirərək onun xatirəsini ehtiramla yad edib.

Bununla yanaşı, “Qarabağ” rəsmi sosial şəbəkə hesablarında da Zəfər Hacılı ilə bağlı xüsusi paylaşım edərək mərhumun ailəsinə başsağlığı verib.

Klubun yayımladığı mesajda deyilir:

"Zəfər Hacılının "Qarabağ" sevgisi, dəstəyi və komandamıza bağlılığı hər zaman xatirələrdə yaşayacaq. Zəfər Hacılıya Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"