Xəzər dənizində zəlzələ baş verib.

PostXronika.az bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına istinadla xəbər verir. 

Belə ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.