Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Postxronika.az xəbər verir ki, bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın (@drpezeshkian) Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.