ABŞ Prezidenti Donald Tramp 2027-ci ilin büdcə layihəsi çərçivəsində Alkatras adasında yerləşən qədim həbsxananın yenidən qurulması məqsədilə Konqresdən 152 milyon dollar maliyyə istəyib.
"Postxronika.az" xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmi sənədlərə istinadən məlumat yayıb. Köhnəlmiş cəzaçəkmə müəssisələrinin modernləşdirilməsi proqramına daxil edilən bu təşəbbüs, dövlət başçısının hələ 2025-ci ildə irəli sürdüyü ideyanın icrası istiqamətində atılan ən real addımdır.
Lakin altı onillikdən çoxdur fəaliyyət göstərməyən binanın infrastrukturunun ciddi şəkildə dağılması layihənin icrasını çətinləşdirir. Hazırda məşhur turizm məkanı kimi tanınan obyektin bərpası yerli hakimiyyət tərəfindən birmənalı qarşılanmır. San-Fransisko rəsmiləri sözügedən təklifi "qeyri-ciddi" adlandıraraq planın reallaşmasına şübhə ilə yanaşırlar.