Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə güclü yeraltı təkan baş verib.
Postxronika.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla 08:52-də qeydə alınan zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib.
Hiss olunan güclü sarsıntıdan qısa müddət sonra bölgədə 3,2 ballıq daha bir seysmik aktivlik müşahidə edilib. Ətraf ərazilərdə də təşvişə səbəb olan təbii hadisə zamanı hər hansı dağıntı və ya insan tələfatı barədə rəsmi məlumat daxil olmayıb. Hazırda mütəxəssislər tərəfindən ərazidəki vəziyyət tam nəzarətə götürülərək araşdırılır.