Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkə ərazisində kriminogen durumla bağlı son sutkalıq göstəriciləri açıqlayıb.
Postxronika.az xəbər verir ki, qurumun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, aprelin 3-də polis əməkdaşları tərəfindən 57 yeni cinayət işinin, həmçinin ötən dövrlərdən bağlı qalan 12 hadisənin üstü açılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif əməllərə görə axtarışda olan 64 şəxs, o cümlədən 50 borclu vətəndaş saxlanılaraq müvafiq orqanlara təhvil verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 19, eləcə də qanunsuz silah-sursatın saxlanılmasına dair 12 fakt müəyyən edilib. Ümumilikdə hüquq-mühafizə orqanları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 51 nəfər tutularaq istintaqa cəlb olunub. Hazırda faktlar üzrə araşdırmalar davam etdirilir.