Azərbaycan Prezidentinin tapşırığına əsasən, İrana dəstək məqsədilə yola salınan üçüncü humanitar yardım karvanı artıq təyinat nöqtəsinə çatıb.

Postxronika.az xəbər verir ki, yardım yükünü daşıyan nəqliyyat vasitələri Azərbaycan-İran sərhədinə daxil olublar.

​Məlumata görə, yük avtomobilləri hazırda "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsində qeydiyyat prosedurlarından keçirlər.

Bu addım iki ölkə arasındakı humanitar əməkdaşlığın və çətin məqamlarda qarşılıqlı dəstəyin növbəti göstəricisidir.