İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən və İsraillə əlaqəsi olduğu bildirilən ticarət gəmisinə dronla zərbə endirib.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı yayıb.

​Rəsmi məlumata görə, "MSC Ishika" adlı gəmi Hörmüz boğazında pilotsuz uçuş aparatı vasitəsilə hədəfə alınıb. Hücumun İsraillə əlaqəli olduğu iddia edilən gəminin hərəkət istiqamətində həyata keçirildiyi bildirilir. Zərbə nəticəsində gəmidə genişmiqyaslı yanğın başladığını qeyd edilib.