Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı reallaşıb.
Postxronika.az xəbər verir ki,Zeynal Bayramlı qurumun icraçı direktorunun müşaviri vəzifəsinə gətirilib. Yeni müşavir peşəkar fəaliyyəti dövründə səhiyyə idarəçiliyi sahəsində müvafiq təcrübə qazanıb. O, bu təyinata qədər — 2024-2026-cı illər ərzində özəl tibb müəssisələrindən birində tibbi məsələlər üzrə direktor vəzifəsini icra edib. Bu addımın idarəetmənin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına xidmət edəcəyi gözlənilir.