Qaradağ rayon Sukanal İdarəsi leysan yağışlar zamanı Puta gölündə suyun səviyyəsinin kritik həddə çatmasının qarşısını almaq üçün mühüm infrastruktur addımı atıb. 

Postxronika.az xəbər verir ki, ərazidə subasma riskini minimuma endirmək məqsədilə diametri 1000 mm olan 20 paqonmetr uzunluğunda əlavə suötürücü dəmir-beton boru quraşdırılıb.

Həyata keçirilən bu texniki işlər yağıntılı havalarda göl ətrafındakı sahələrin təhlükəsizliyini təmin etməyə xidmət edir. Yeni drenaj sistemi vasitəsilə artıq suyun kənarlaşdırılması daha operativ şəkildə həyata keçiriləcək. Beləliklə, mümkün təbii fəsadların öncədən qarşısı alınaraq kommunal dayanıqlıq artırılıb.