Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunelin ətrafında yağıntıların fəsadlarını aradan qaldırmaq üçün operativ işlər görülüb.

Postxronika.az xəbər verir ki, yağış xəttinə xüsusi nasos aqreqatı quraşdırılmaqla ərazidə yığılmış su kütləsi qısa müddətdə kənarlaşdırılıb.

Görülən tədbirlər nəticəsində nəqliyyatın hərəkətində yaranan maneələr aradan qaldırılaraq yolun keçiciliyi tam bərpa edilib. Texniki müdaxilə intensiv yağışlar zamanı yaranan gölməçələrin qarşısını alaraq ərazidəki infrastrukturun təhlükəsizliyini təmin edib.