Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 9 may Qələbə paradının ləğv edilməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

Postxronika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, Kreml rəsmisi Moskvada Qızıl meydanda keçiriləcək hərbi parad üçün hazırlıqların plan üzrə davam etdiyini bildirib.

​Peskov SSRİ-nin faşist Almaniyası üzərində qələbəsinin 81-ci ildönümünün təntənəli şəkildə qeyd olunacağını vurğulayıb. O, "Ostorozhno Media" nəşrinə verdiyi şərhdə hazırlıq prosesinin dayandırılmadığını xüsusi qeyd edərək: "Biz Qələbə gününü qeyd etməyə hazırlaşırıq", - deyə bildirib.

Kreml sözçüsü daha əvvəlki açıqlamalarında bu il bayram tədbirlərində dost ölkələrdən geniş tərkibli qonaq heyətini görmək istədiklərini də diqqətə çatdırmışdı.