Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbinin dam örtüyündə güclü yanğın baş verib.
Postxronika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə Qolovaçev küçəsindəki əsas korpusda qeydə alınıb və hazırda yanğınsöndürmə işləri aparılır.
Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin sözlərinə görə, alov təxminən 200 kvadratmetr sahəni əhatə edib və damın altı ilə iki istiqamətdə sürətlə yayılmaqdadır. Hadisə ilə əlaqədar hərbi məktəbdən təxminən 100 nəfər təxliyə edilib, ilkin məlumatlara görə bina daxilində qalan olmayıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil, xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.