Dortmund "Borussiya"nın və "Liverpul"un sabiq çalışdırıcısı Yurgen Klopp məşqçilik karyerası ərzində özünü heç vaxt müstəsna peşəkar hesab etmədiyini bildirib.
Postxronika.az xəbər verir ki, almaniyalı mütəxəssis TV2 kanalına açıqlamasında fəaliyyəti dövründə daim cavabsız suallarla üzləşdiyini və bəzən hansı addımı atacağını bilmədiyini qeyd edib. O, dünyanın ən yaxşısı saydığı Xosep Qvardiola ilə aralarındakı rəqabətin əslində özünün də kifayət qədər yaxşı baş məşqçi olduğunu təsdiqlədiyini vurğulayıb. Xatırladaq ki, 2015–2024-cü illərdə İngiltərə təmsilçisinə rəhbərlik edən təcrübəli mütəxəssis komandasına Çempionlar Liqası və Premyer Liqa da daxil olmaqla, bir çox tarixi qələbələr qazandırıb.