Səbail rayonu ərazisində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq 53 nömrəli müntəzəm sərnişin avtobusunun fəaliyyət sxemində müvəqqəti yenilik edilib. Bu qərar Badamdar qəsəbəsindən 20-ci sahəyə (Cavidan İbrahimli küçəsi) gedən yoldakı mövcud vəziyyətlə bağlı qəbul olunub.
Postxronika.az xəbər verir ki, yeni plana əsasən, həmin ictimai nəqliyyat vasitəsinin hərəkət trayektoriyası fərqli istiqamətdə təşkil olunacaq. Belə ki, avtobus müvəqqəti olaraq Badamdar qəsəbəsi, "Elmlər Akademiyası" metrostansiyası, "Azneft" dairəsi və 20-ci sahə xətti üzrə sərnişinlərə xidmət göstərəcək.