Suraxanı rayonunun Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən d200 mm-lik kanalizasiya xəttində yüklənmə səbəbindən tutulma baş verib. Nəticədə yağış suyu ətrafa dolub.

Postxronika.az xəbər verir ki, Suraxanı rayon sukanal idarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə xəttdəki tutulma açılıb və ətrafa toplanan yağış suyu ərazidən kənarlaşdırılıb.