İtaliya yığmasının sabiq müdafiəçisi Paolo Maldini komandanın ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qalmasına kəskin reaksiya verib. Əfsanəvi futbolçu pley-off mərhələsində Bosniya və Herseqovinaya məğlubiyyəti sadəcə məyusedici nəticə deyil, dərin bir problemin göstəricisi adlandırıb.

Postxronika.az xəbər verir ki, bu barədə veteran oyunçunun sosial şəbəkə hesabına istinadən “The Touchline” nəşri məlumat yayıb. Maldini indiki nəsildə qələbə əzminin çatışmadığını və onların gerbə qarşı yetərincə fədakarlıq etmədiklərini vurğulayıb. O əlavə edib ki, qürur, intizam və məsuliyyət hissi olmadan bu cür tarixi kollektiv öz əzəmətini itirir.