Mingəçevir Dövlət Universitetinin (MDU) İngilis dili kafedrasının müdiri, tanınmış gənc alim Mehdi Rəhimov 44 yaşında dünyasını dəyişib.

Postxronika.az xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan M.Rəhimov Gəncə şəhərində müalicə alırdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

​Qeyd edək ki, Mehdi Rəhimov elmi ictimaiyyət tərəfindən perspektivli və peşəkar mütəxəssis kimi tanınırdı. O, pedaqoji fəaliyyəti ərzində Gəncə Dövlət Universitetində də eyni vəzifədə – İngilis dili kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərib. Onun vəfatı təhsil camiəsində böyük üzüntü ilə qarşılanıb.