Paytaxtın ictimai nəqliyyat sistemində cari ilin ilk rübü ərzində sərnişindaşıma göstəriciləri üzrə yeni rekord qeydə alınıb.

Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında avtobuslar vasitəsilə təxminən 120 milyon sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,8% artım deməkdir. Müsbət dinamika marşrut xətlərinin optimallaşdırılması və avtobus parkının modernləşdirilməsi istiqamətində atılan ardıcıl addımların nəticəsidir. Hazırda şəhər daxilində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir və onların böyük əksəriyyəti nağdsız ödəniş sisteminə inteqrasiya olunub. Yalnız cari ilin ilk üç ayında paytaxta 169 yeni nəqliyyat vasitəsi gətirilərək sərnişinlərin istifadəsinə verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xidmət keyfiyyətinin yüksəldilməsi və infrastrukturun təkmilləşdirilməsi prosesini Dövlət Proqramına uyğun olaraq davam etdirir.