ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonla razılığa gəlməyəcəyi təqdirdə Tehranın üzləşəcəyi ağır nəticələri bəyan edib. Postxronika.az xəbər verir ki, dövlət başçısı İranın mühüm infrastruktur obyektlərini, o cümlədən körpü və elektrik stansiyalarını qısa müddətdə sıradan çıxarmaq iqtidarında olduqlarını vurğulayıb. Ağ Ev rəhbəri ordunun gücünə güvənərək, strateji keçidlərin məhv edilməsi üçün xüsusi hərbi planın mövcudluğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, qeyd olunan müddət ərzində qəti qərar verilməsə, ölkənin enerji sistemi tamamilə iflic vəziyyətinə salınacaq. Tramp həmçinin vurğulayıb ki, hədəfə alınan stansiyalar partladılaraq bir daha istifadəyə yararsız hala gətiriləcək. Bu açıqlamalar regionda hərbi eskalasiya riskini maksimum həddə çatdırıb.