Daxili İşlər Nazirliyi ölkə ərazisində kriminogen durumla bağlı son sutkalıq hesabatını açıqlayıb.
Postxronika.az xəbər verir ki, aprelin 6-da qeydə alınan 40 və əvvəlki dövrlərdən bağlı qalan 19 cinayət faktının üstü polis əməkdaşları tərəfindən açılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif maddələrlə axtarışda olan 74 nəfər, o cümlədən 55 borclu şəxs saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 7, qanunsuz silah saxlanılması üzrə isə 12 fakt müəyyən edilib. Ümumilikdə müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 44 nəfər tutularaq istintaqa cəlb olunub. Hazırda asayişin qorunması və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.