Rusiyanın Perm vilayətində 17 yaşlı yeniyetmə tərəfindən hücuma məruz qalan müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Postxronika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Dmitri Maxonin rəsmi məlumat yayıb. Dobryanka şəhərindəki 5 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəllimi Olesya Baquta tibbi müdaxilələrə baxmayaraq, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şagird dərhal saxlanılıb və faktla bağlı cinayət işi açılıb. Region rəhbəri mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib. Hazırda hüquq-mühafizə orqanları qanlı hadisənin baş vermə səbəblərini araşdırır. Məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi yenidən gündəmə gəlib.