"Crocus City Hall" konsert zalında baş vermiş dəhşətli terror aktının təşkilatçılarının eyni gündə Moskvada ikinci bir hücum planlaşdırdığı məlum olub.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, istintaq materiallarına görə, "Saifullo" ləqəbli xarici koordinator paytaxtda eyni vaxtda iki qanlı aksiya keçirməyi hədəfləyib. İlkin plana əsasən, terrorçuların bir qrupu konsert zalına, digər iki nəfərlik qrup isə şəhərin başqa bir nöqtəsinə hücum etməli idi. Lakin sonradan plan dəyişdirilərək bütün qüvvələr "Crocus City Hall"a yönəldilib. İkinci hücumun dəqiq yeri açıqlanmasa da, məqsədin kütləvi insan tələfatına nail olmaq olduğu bildirilir. Hazırda əsas təşkilatçı qismində çıxış edən şəxs beynəlxalq axtarışa verilib.