Yaxın Şərqdə davam edən gərginlik dünya iqtisadiyyatında qiymət artımı təzyiqlərini daha da gücləndirəcək.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlığı Rusiya Baş naziri Mixail Mişustin yanacaq-enerji kompleksinin inkişafına dair strateji sessiyada çıxışı zamanı edib. Hökumət başçısı qeyd edib ki, neft və qaz qiymətlərinin kəskin yüksəlməsi artıq qlobal ticarətdə ciddi disbalans yaradıb. Onun sözlərinə görə, logistika, nəqliyyat və elektrik enerjisi xərclərinin artması bütün sənaye sahələrində xərcləri yüksəldərək qaçılmaz inflyasiyaya yol açır. Mişustin bir sıra ölkələrin daxili bazarlarını qorumaq üçün ixracı məhdudlaşdırdığını da vurğulayıb. Mövcud vəziyyətin təsirlərinin enerji sektorundan kənara çıxaraq bütün beynəlxalq iqtisadi münasibətlərə mənfi təsir edəcəyi proqnozlaşdırılır.