ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan iki həftəlik atəşkəs fonunda Yaxın Şərq regionunun gələcəyi ilə bağlı nikbin proqnozlarını paylaşıb. 

Postxronika.az xəbər verir ki, dövlət başçısı Hörmüz boğazının təhlükəsizliyinin təmini və hərbi gərginliyin azalması ilə bölgədə "qızıl dövrün" başlayacağını bəyan edib. Trampın sözlərinə görə, qarşıdakı danışıqlar prosesi İrana öz infrastrukturunu yenidən qurmağa və böyük iqtisadi imkanlardan yararlanmağa şərait yaradacaq. Vaşinqtonun bu prosesdə aktiv vasitəçilik edəcəyini vurğulayan Prezident, sülhün hər iki tərəf üçün ən doğru yol olduğunu qeyd edib. Tehranla müzakirələrin ilk raundunun aprelin 10-da İslamabadda keçirilməsi nəzərdə tutulur. Bu tarixi görüşün regiondakı iqtisadi blokadanı aradan qaldıracağı və qlobal enerji bazarına sabitlik gətirəcəyi gözlənilir.