Rusiya tərəfi Vaşinqton və Tehranın hərbi eskalasiyadan imtina edərək atəşkəs elan etməsini müsbət qiymətləndirib. 

Postxronika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib. Sözçü qeyd edib ki, rəsmi Moskva tərəflər arasında gərginliyin azalmasını regionun təhlükəsizliyi üçün mühüm addım hesab edir. Peskov həmçinin vurğulayıb ki, Rusiya yaxın gələcəkdə İran və ABŞ arasında birbaşa diplomatik təmasların qurulacağına ümid bəsləyir. 

Xatırladaq ki, aprelin 8-dən etibarən iki ölkə arasında hərbi əməliyyatların iki həftəlik dayandırılması barədə razılaşma qüvvəyə minib. Hazırda dünya birliyinin diqqəti tərəflərin danışıqlar masasına oturacağı tarixə yönəlib.