Prezident İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin müəyyənləşdirilməsi barədə sərəncam imzalayıb. 

Postxronika.az xəbər verir ki,yeni qərara əsasən, qurumun sədri həm də Kollegiyanın sədri funksiyasını icra edəcək. Şuranın tərkibinə agentlik rəhbərinin müavinləri, aparat rəhbəri və qurumun hüquq, təbii inhisarlar, eləcə də haqsız rəqabətə nəzarət kimi strateji şöbələrinin müdirləri daxil edilib. Bu struktur dəyişikliyi istehlak bazarında dövlət nəzarətinin gücləndirilməsi və antiinhisar tədbirlərinin daha səmərəli idarə olunması məqsədi daşıyır. Kollegiya üzvləri həmçinin standartlaşdırma və reklam qanunvericiliyinə nəzarət məsələləri üzrə qərarların qəbulunda iştirak edəcəklər. Sərəncam ölkədə iqtisadi rəqabət mühitinin sağlamlaşdırılması istiqamətində mühüm addım hesab olunur.