İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ilin nəticələrinə əsasən, dövlət büdcəsinə ən çox vəsait daxil edən şirkətlərin reytinqini açıqlayıb.

Postxronika.az xəbər verir ki, siyahıda həm ümumi vergi ödənişləri, həm də dolayı vergilər (ƏDV və aksiz) istisna olmaqla ən yüksək hesablamaları olan 100 müəssisə yer alıb. Bu məlumatlar yalnız vergi ödəyicilərinin razılığı əsasında və büdcə təşkilatları nəzərə alınmadan formalaşdırılıb. Qurumun məlumatına görə, belə bir təşəbbüs biznes mühitində şəffaflığın artırılmasına və könüllü əməletmə mədəniyyətinin təşviqinə xidmət edir. Şirkətlərin ictimaiyyətə təqdim olunması həm də iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır. Hazırda vergi ödəyicilərinin könüllü şəkildə qanunvericiliyə riayət etmə səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir.