Vaşinqton administrasiyası İrana qarşı hərbi əməliyyatlara qoşulmayan NATO ölkələrini "cəzalandırmaq" üçün xüsusi plan hazırlayır.
Postxronika.az xəbər verir ki, "Wall Street Journal" qəzeti bu barədə ABŞ hökumətindəki anonim mənbələrə istinadən məlumat yayıb.
Strateji plana əsasən, Amerika qoşunlarının bəzi müttəfiq dövlətlərdən çıxarılması, o cümlədən Almaniya və ya İspaniyadakı hərbi bazaların bağlanması mümkündür. Bunun əvəzində ABŞ-ın Polşa, Rumıniya və Yunanıstan kimi ölkələrdəki hərbi kontingentinin daha da gücləndirilməsi nəzərdə tutulur. Prezident Donald Tramp ölkəsinin alyansdakı mövqeyini yenidən dəyərləndirəcəyini bildirsə də, qurumdan rəsmən ayrılmaq üçün Konqresin razılığı vacibdir. Bu gərginlik Şimali Atlantika Alyansı daxilindəki hərbi-siyasi balansın ciddi şəkildə dəyişməsinə səbəb ola bilər.