Aprelin 8-də respublika ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 56 yeni və ötən dövrlərdən bağlı qalmış 6 cinayət hadisəsinin üstü açılıb.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, müxtəlif hüquqazidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 61 nəfər tutulub.

Polis əməkdaşları tərəfindən axtarışda olan 47 şəxs, o cümlədən mülki-hüquqi öhdəliklərinə görə aranan 40 borclu müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 20, habelə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində 9 fakt qeydə alınıb. Görülən operativ işlər sayəsində asayişin qorunması və qanunçuluğun bərpası təmin edilib.