Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Şəki və Gəncə Regional kolleclərinə yeni direktor müavinləri təyin edilib.
Postxronika.az xəbər verir ki, qərara əsasən, Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edəcəklər.
Təyinat alan şəxslərin hər ikisi zəngin pedaqoji və idarəçilik təcrübəsinə malikdirlər. G.Mustafayeva uzun illər tarix müəllimi və məktəb direktoru kimi çalışmış, ADA Universitetinin bir sıra təhsil proqramlarını uğurla tamamlamışdır. Coğrafiya ixtisasına sahib olan X.Poladov isə fəaliyyəti dövründə müəllimlikdən məktəb direktoru vəzifəsinədək yüksəlmişdir. Hazırkı təyinatlar regionlardakı orta ixtisas təhsili müəssisələrinin idarəetmə strukturunun gücləndirilməsi məqsədini daşıyır.