Bursa Böyükşəhər Bələdiyyəsinin idarəetməsi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nəzarətinə keçib.

Postxronika.az TRT Haber-ə istinadənbu gün bələdiyyə sədrinin vəzifələrini icra edəcək şəxs müəyyənləşib. Seçimlərin nəticəsi olaraq, AK Partiya nümayəndəsi Şahin Biba Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini təyin edilib və rəhbərliyi icra etməyə başlayıb.

Xatırladaq ki, martın 31-də Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılmışdı.