2026-cı il Kann Film Festivalının proqramı açıqlansa da, Hollivud studiyalarının builki siyahıda yer almaması diqqət çəkib. Beynəlxalq müəlliflərin qatıldığı tədbirdə ''Universal'' və ''Disney'' kimi nəhənglərin layihələri müşahidə olunmur. Təşkilatçılar bu sönüklüyü studiyaların yeni strategiyası ilə əlaqələndirirlər.


Postxronika.az xəbər verir ki, festivalın bədii rəhbəri Thierry Fremaux bu çatışmazlığı konfransın əvvəlindəcə etiraf edib. Sebastian Sten və Qillian Anderson kimi ulduzlar festivala gəlsə də, onlar ''Neon'' və ''Mubi'' kimi müstəqil kino şirkətlərini təmsil edirlər. Stiven Spilberqin ''Disclosure Day'' və kristofer Nolanın ''The Odyssey'' kimi filmlərinin proqramda olmaması tənqidçilərin sərt rəylərindən qorunmaq istəyi ilə izah edilir. Mütəxəssislər ''Joker: Folie à Deux'' ekran işinin Venesiyadakı uğursuzluğunu studiyaların festivallardan uzaqlaşmasına əsas səbəb kimi göstərirlər.

Buna baxmayaraq, Pedro Almodovar və Hirokazu Kore-eda kimi ustadların geri dönüşü proqramın nüfuzunu qoruyub saxlayır. Həmçinin Ron Houardın sənədli layihələri, eləcə də Con Travoltanın ''Propeller One-Way Night Coach'' ilə rejissorluq debütü maraqla gözlənilir. Festival may ayında başlasa da, Hollivud nəhənglərinin yoxluğu kino sənayesinin gələcəyi barədə suallar yaradır. Bu meyl böyük büdcəli ekran əsərlərinin təqdimat strategiyasının dəyişdiyini sübut edir.