Paytaxtda vətəndaşların rahat hərəkətinin təmin olunması və Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına hazırlıq işləri çərçivəsində bəzi prospektlərdə təmir işləri aparılacaq.

Postxronika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, təmir işləri yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraq gecə saatlarında icra ediləcək.

​Təmir işləri Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində və Ziya Bünyadov prospektinin "Koroğlu" metrosu istiqamətində olan hissəsində həyata keçiriləcək. İşlərin 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək, həmçinin növbəti gün — 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək davam etməsi planlaşdırılır.

​Qeyd olunan vaxt ərzində Heydər Əliyev prospektindən Babək prospektinə keçid edən körpü üzərində hərəkət tam, Ziya Bünyadov prospektində isə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.