Almaniya Kansleri Fridrix Merts ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Postxronika.az xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumata görə Fridrix Merts ABŞ ilə İran arasında iki həftəlik atəşkəsə nail olunması istiqamətində göstərdiyi mühüm vasitəçilik səylərinə görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirib.
Tərəflər Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi apararaq müharibəyə qəti şəkildə son qoyulmasının yalnız diplomatik yollarla mümkün olduğunu vurğulayıblar. Eyni zamanda Almaniya və Pakistan arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan bu razılaşma aprelin 10-da İslamabadda keçiriləcək genişmiqyaslı sülh danışıqları üçün əsas zəmin hazırlayıb. Avropa ölkələri bu prosesi regionda gərginliyin azaldılması üçün həlledici addım kimi dəstəkləyirlər.