İçərişəhər ərazisindəki qala divarının bir hissəsində qeydə alınan qismən dağılma ilə əlaqədar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ addımlar atılır.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat qurumun Mətbuat Xidməti tərəfindən yayılıb. İlkin mərhələdə zədələnmiş sahənin daha da deformasiyaya uğramaması üçün təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçirilir.
Mütəxəssislərin rəyinə əsasən, 13 və 14 saylı bürclərin kəsişməsində yaranan aşınmaya son günlər müşahidə olunan intensiv yağıntılar və təbii erroziya səbəb olub. Texniki qiymətləndirmə başa çatdıqdan sonra tarixi abidənin zədələnmiş hissəsi beynəlxalq standartlara uyğun şəkildə, elmi əsaslarla bərpa ediləcək. Hazırda prosesə beynəlxalq təcrübəyə malik peşəkar ekspertlər qrupu cəlb olunub.